Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı gürcü dramaturqunun əsərini səhnələşdirib

Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı gürcü dramaturqunun əsərini səhnələşdirib
21:27 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Tbilisi. 1 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı yeni mövsümə yeni tamaşa ilə başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, teatrın kollektivi noyabrın 1-də tanınmış gürcü yazıçısı və dramaturqu Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə çıxış edib.
Azərbaycan, türk və gürcü dillərində oynanılan tamaşanın əsas süjet xəttini ağır sosial iqtisadi vəziyyətə görə gənclərin ailə qura bilməmələri, onların valideynlərinin çəkdikləri əzab-əziyyət təşkil edir.
Əvvəllər mülkədar olmuş və sonradan bütün var-dövlətini itirmiş dörd qız atası Darispan övladlarının ailə qurması üçün müxtəlif yollar axtarır. Lakin məlum olur ki, o, heç də tək deyil. Kasıb ailələrin çoxunun qızları evdə qalıb.
Bu, təkcə onun deyil, bütöv bir cəmiyyətin problemidir. Və problemə qarşı birgə mübarizə aparılmalıdır.
Azərbaycanlı, türk və gürcü aktyorlar kasıb təbəqənin üzləşdikləri problemləri ustalıqla tamaşaçılara çatdıra biliblər.
Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Varlam Nikoladze, rejissoru Davit Nikoladzedir.
Tamaşada əsas rolları Aslan Məmmədov, Leyla Qasımova, Turqay Vəlizadə, Laura Rexviaşvili, Namiq Musayev, Aysel Məmmədova və Türkiyədən dəvət olunmuş aktyor Necati Zengin oynayıblar.



Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/tbilisideki-heyder-eliyev-adina-azerbaycan-dram-teatri-gurcu-dramaturqunun-eserini-sehnelesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR