Uşaqlar mavi ekran qarşısında nə qədər otura bilər?

Uşaqlar mavi ekran qarşısında nə qədər otura bilər?
21:47 1 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

18 ayına qədər olan uşaqların qətiyyən heç bir ekran qarşısında oturmamalarını vurğulayan mütəxəssislər, 2 yaşdan 5 yaşa qədər uşaqların isə gündə bir saat ilə məhdudlaşdırmağı zəruri bilirlər. Bu yaşdakı uşaqların təhsil məzmunlu proqramlara baxmasının lazım olduğunu söyləyən ekspertlər, 2-5 yaşlı uşaqların valideynlərinə də səslənərək, icazə verilən bir saat içərisində mütləq uşaqların yanında olmalarını tövsiyə ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 5 yaşından böyük uşaqlara hər hansı bir zaman məhdudlaşdırmaının lazım olmadığını qeyd edən mütəxəssislər, bu uşaqların televizorda və ya kompyuterdə nəyə baxdığına mütləq nəzarət edilməlisini söylədilər. Təbii ki, saatlarla ekran başında olmamalıdırlar. Xüsusilə yatmadan əvvəl ekran işığına məruz qalmamalıdırlar.
 
Ekran qarşısında keçirilən əlavə hər bir saat diqqət pozğunluğuna və dərslərdə uğursuzluğa gətirib çıxarır. Bundan əlavə, yaddaşın zəifləməsi və yuxu pozğunluğu kimi narazılıqların səbəbinin də ekran asılılığı olduğu bildirildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR