Klintonun oğlu üzə çıxdı - FOTO

Klintonun oğlu üzə çıxdı - FOTO
22:47 1 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da seçkilərə bir neçə gün qalmış Demokratların namizədi Hillari Klintonun ögey oğlu olduğunu iddia edən Villiams Vaşinqton bu gün mətbuat konfransı keçirib.
 
 "Mən Bill Klintonun oğluyam. Hillari mənim ögey anamdır və Çelsi qardaşımdır", deyən Villiams DNT analizinin edilməsi təklifilə çıxış edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ABŞ-ın Arkansas əyalətində yaşayan gənc 1990-cı ildən bu yana Bill Klintonun oğlu olduğunu sübut etməyə çalışdığını bildirib.

Narkotik asılılığı olan anasını uşaq yaşlarından itirən gənc Klinton ailəsinin onunla əlaqə saxlamasını istəyib.

Cümhuriyyətçilərin namizədi Donald Tramp tərəfindən maliyyələşdirilməsi barədə suallara cavab olaraq Villiams "bütün xərslərimi özüm ödəmişəm və indiki vaxtda mətbuat konfransı keçirməyimin seçkilərlə heç bir əlaqəsi yoxdur" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR