Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Yanvar - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Yanvar - VİDEO
20:17 5 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+



Günün şərhi

Bakı-APA. Deyəsən Rusiyadan sonra Avropa da əl-ayağa düşəcək. Söhbət avronun dollara nisbətən ucuzlaşmasından gedir. Köhnə dünyanın belə deyək, yeni pulu, yeni dünyanın köhnə pul vahidi qarşısında son 9  ildə ən dəyərsiz vəziyyətə düşüb. Avropa birjalarının nəticələrinə baxsaq, "Avrozona" hətta dağılmaq təhlükəsi ilə üz-üzədir. Böyük həvəslə birliyə qoşulan Yunanıstanın sonradan böyük iqtisadi böhran yaşayaraq, buradan uzaqlaşmaq istəməsi də bunu bir daha təsdiq edir. Avropa başbilənlərinin bunu siyasi açıqlamalarla əlaqələndirməsi isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Demək olar ki, quruma heç biri xeyri dəyməyəcək və iqtisadi potensialı o qədər də zəngin olmayan Litvanın Yunanıstanla əvəzlənməsi də hər hansı irəliləyişdən xəbər vermir. Məsələnin mahiyyəti tamam başqadır. Bütün məsələ okeanın o tayından Rusiyaya qarşı Avropanın əli ilə tətbiq olunan sanksiyalardadır. O sanksiyalarda ki, əks-təsiri elə birbaşa Avropaya dəyir. Və nə qədər ki, Avropa "yaxın qonşu uzaq qohumdan yaxşıdır" prinsipinə riayət etməyəcək, bu təsiri hələ bir müddət də hiss edəcək...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR