Xarici işlər nazirinə velosiped qadağası

Xarici işlər nazirinə velosiped qadağası
23:28 1 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Polis Böyük Britaniyanın xarici işlər naziri Boris Consona velosipedlə işə getməyi qadağan edib.

Publika.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, qadağa terror təhlükəsi ilə bağlıdır. Velosiped həvəskarı kimi məşhur olan Conson işə getmək üçün bundan sonra xidməti avtomobildən istifadə etməli olacaq. “Boris velosipeddə gəzməyi sevir. O, hələ mer olarkən (London meri –red.) hər yerə velosipedlə gedirdi”, - Consonun dostlarından biri nəşrə danışıb.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR