Bakıdakı söyüşün cəzası ağır oldu – 11 ay...

Bakıdakı söyüşün cəzası ağır oldu – 11 ay...
23:37 1 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Norveç millisinin futbolçusu Ole Selnes ağır cəzaya məruz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Sent-Etyen"in üzvü milli komandanın heyətində düz 11 ay meydana çıxa bilməyəcək.
 
Buna səbəb isə 22 yaşlı yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızla Bakıdakı görüşdən sonra matçın hakiminə təhqiramiz söz işlətməsi olub. FİFA isə gənc futbolçunun bu hərəkətini bağışlamayıb.
 
Maraqlıdı ki, Selnaes bu həftə növbəti dəfə Bakıda rəsmi oyuna çıxacaq. UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Sent-Etyen"in ölkəmizə gələcək heyətində Ole də yer alıb.
 
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR