Mançesterdə yanğın həyəcanı – azarkeşlər təlxiyyə edildi

Mançesterdə yanğın həyəcanı – azarkeşlər təlxiyyə edildi
23:37 1 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının IV turu çərçivəsində oynanılacaq "Mançester Siti" - "Barselona" oyunundan öncə stadionda həyəcan yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"Ettihad" stadionundakı azsaylı azarkeşlər və arenanın işçiləri təcili təlxiyyə olunublar.
 
Buna səbəb isə stadionda yanğın siqnallarının yanlışlıqla işə düşməsi olub. Xoşbəxtlikdən insident zərərsiz ötüşüb və evakuasiya olunanlar 10-15 dəqiqə sonra geri qaytarılıblar.
 
Qeyd edək ki, "Mançester Siti" - "Barselona" matçı bu gün, saat 23:45-də start götürəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR