Estoniya Rusiyaya nota verdi

Estoniya Rusiyaya nota verdi
05:39 2 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın sərhəd xidmətinə məxsus “AN-148” tipli təyyarə Estoniyanın hava məkanını pozub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.  

 

Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Tallindəki səfirinə etiraz notası verilib.  

 

“Noyabrın 1-də Moskva vaxtı ilə saat 10.33-də Rusiya Federasiyasının sərhəd xidmətinə məxsus “AN-148” tipli təyyarə icazəsiz Estoniyanın hava məkanına daxil olub. Pozuntu Vayndloo adası yaxınlığında qeydə alınıb. Təyyarə  bir dəqiqəyədək Estoniyanın hava məkanında olub”, - deyə Baş Qərargahının məlumatında bildirilir

 

Məlumata görə, təyyarə dövlət sərhədini pozduğu an estoniyalı dispetçerlərlə radio əlaqədə olmayıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR