Kanada gələn il 300 min mühacir qəbul edəcək

Kanada gələn il 300 min mühacir qəbul edəcək
06:34 2 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Kanada hökuməti 2017-ci ildə 300 minədək mühacir qəbul edəcəyini açıqlayıb.  

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Guardian” məlumat yayıb.

 

Miqrasiya məsələsi üzrə nazir Con Makkallum gələcək mühacirlərin sonrakı mərhələlərdə ölkəyə gələnlərin sayının artırılması üçün zəmin yaradacaqlarını qeyd edib.  

 

“Mən inanıram ki, Kanadada mühacirlərin sayının artırılması əhalimizin demokrafik artımına real fayda verəcək”, - deyə o əlavə edib.   

 

Plana əsasən, 2017-ci ildə iqtisadi kateqoriya çərçivəsində qəbul edilən mühacirlərin bu il üçün nəzərdə tutulmuş 160,6 mindən 172,5 minədək artırılacaq, qaçqınların sayı isə 55,8 mindən 40 minə edəcək.  

 

Qeyd edək ki, Kanada əhalisinin sayı 35 mln. təşkil edir.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR