Unsuz pizza

Unsuz pizza
07:05 2 Noyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az unsuz pizzanın hazırlanma qaydasını təqdim edir

Gülkələmindən hazırlanan bu pizzanın 100 qramında cəmi 114 kalori var. Çox dadlı və zərifdir, fiquraya da ziyan vurmur.

Tərkibi:

300 q gülkələmi

200 q bərk pendir

1 yumurta 

50 q tomat pastası

150 q toyuq filesi 

30 q şampinyon

40 q bolqar bibəri 

15 q soğan

duz

istiot

Gülkələmini budaqlarına ayırıb suda bişirin, ət maşınından keçirin. 150 q az yağlı pendir, yumurta və duz əlavə edib yoğurun.  Bu kütləni bitki yağı ilə yağlanmış formaya döşəyin. 230 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Toyuq filesini suda bişirib xırda doğrayın. Göbələklə soğanı xırda, bibəri uzun nazik doğrayın. Pizzanın əsası bir qədər soyuyandan sonra üzərinə tomat pastası çəkib tərəvəzi və toyuq ətini düzün. Pendirin qalanını sürtgəcdən keçirib üzərinə səpin. 

Pizzanı yenidən sobaya qaytarıb 230 dərəcədə 10 dəqiqə bişirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR