Əbu Bəkr əl-Bağdadi hələ də Mosuldadır

Əbu Bəkr əl-Bağdadi hələ də Mosuldadır
07:19 2 Noyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının  lideri Əbu Bəkr əl-Bağdadi hələ də İraqın Mosul şəhərindədir.

 

APA-nın “Independent” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali İraq Kürdüstan Muxtariyyətinin lideri administrasiyasının rəhbəri Fuad Hüseyn bildirib. “Əl-Bağdadi hələ də oradadır, onun ölümü bütövlükdə İŞİD sisteminin iflasına gətirib çıxaracaq”, - deyə Fuad Hüseyn qeyd edib.  

 

Onun sözlərinə görə, İŞİD liderinin Mosulda olması şəhərin terrorçulardan  təmizlənməsi əməliyyatını çətinləşdirə və yubada bilər. “Mosulun azad edilməsi əməliyyatının sürəti bir çox amillərdən asılı ola bilər, xüsusən, terrorçular Dəclə çayı üzərindəki beş körpünü partladarsa, əməliyyat xeyli uzana bilər”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR