Hollivud gözəlləri dəbdəbəli ziyafət libasları ilə göz oxşadı - FOTO

Hollivud gözəlləri dəbdəbəli ziyafət libasları ilə göz oxşadı - FOTO
07:22 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Həftəsonu Los-Ancelesdə LACMA muzeyində "Gucci" italyan moda evinin dəstəyi və kino incəsənətinin ənənəvi payız gecəsi keçirilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, tədbirin əsas səbəbkarları rəssam Robert İrvin və rejissor Ketrin Biqelou olub. Qəhrəmanlar dünya mədəniyyətinə verdiyi töhfələrə görə xüsusi mükafatla layiq görülüb.

Laureatları təbrik etmək üçün moda dünyasının, eləcə də incəsənət və kino sənətinin görkəmli xadimləri toplaşıb. Tədbirdə "Gucci" moda evinin kreativ direktou Alessandro Mikele də iştirak edib və gələn bütün qonaqları hərarətlə qarşılayıb.

Hollivudun bir-birindən cazibədar aktrisaları gecə üçün ziyafət libaslarını "Gucci" moda evinin son kolleksiyalarından seçib. Yeri gəlmişkən tədbirə Qvinet Peltrou, Demi Mur, Bri Larson, Salma Hayek, Melani Qrifitt, Alessandra Ambrozio, Pyotr Kollinz və digər ulduz qonaqlar qatılıb.

Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/485204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR