İŞİD lideri hələ də İraqın Mosul şəhərindədir

İŞİD lideri hələ də İraqın Mosul şəhərindədir
08:53 2 Noyabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi indiyədək İraqın Mosul şəhərindədir.

APA-nın “Independent” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali İraq Kürdüstan Muxtariyyətinin lideri administrasiyasının rəhbəri Fuad Hüseyn bildirib. “Əl-Bağdadi hələ də oradadır, onun ölümü bütövlükdə İŞİD sisteminin iflasına gətirib çıxaracaq”, - deyə Fuad Hüseyn qeyd edib.

Onun sözlərinə görə, İŞİD liderinin Mosulda olması şəhərin terrorçulardan təmizlənməsi əməliyyatını çətinləşdirə və yubada bilər. “Mosulun azad edilməsi əməliyyatının sürəti bir çox amillərdən asılı ola bilər, xüsusən, terrorçular Dəclə çayı üzərindəki beş körpünü partladarsa, əməliyyat xeyli uzana bilər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR