Bakıda sevgilisini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Bakıda sevgilisini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb
09:12 2 Noyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı qızı qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.
“Report”un məlumatına görə, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayevin cinayət işi üzrə Nəsimi Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR