Vyetnam hökumətindən Azərbaycana təkliflər

Vyetnam hökumətindən Azərbaycana təkliflər
09:32 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Vyetnam hökuməti Azərbaycana energetika, nəqliyyat, ticarət və aqrar sahələrdə əməkdaşlıq üzrə təkliflər təqdim edir".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov deyib.

Onun sözlərinə görə, bu təkliflərə ilk Azərbaycan-Vyetnam ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı baxılacaq.

Səfir qeyd edib ki, iclas yaxın zamanda keçiriləcək.

Qeyd edək ki, iki ölkə arasında ticari-iqtisadi əlaqə haqqında danışan səfir bildirib ki, 2016-cı ilin ilk altı ayında Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 51.9 mln. dollar təşkil edib və bu məbləğin 47.4 mln. dolları Azərbaycan tərəfinin payına düşür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR