Sevgilisini qətlə yetirən şəxsin cinayət işində YENİLİK

Sevgilisini qətlə yetirən şəxsin cinayət işində YENİLİK
09:34 2 Noyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 22 yaşlı qızı qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, cinayət işi Nəsimi Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş həmin məhkəmənin hakimi Samir Əliyevin icraatına verilib.

 

Qətl bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR