Messi Raul Qonzalesi qabaqladı

Messi Raul Qonzalesi qabaqladı
09:52 2 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Mançester Siti" - "Barselona" oyununda hesabı açan Lionel Messi vurduğu qolla bir sıra ilklərə imza atıb.

Belə ki, bu qol argentinalının Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində rəqib qapılarından keçirdiyi 54-cü topdur. O, bu göstərici ilə əfsanəvi Raul Qonzalesi qabaqlaya bilib (53 qol).
 
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Leo həm də bu mövsüm ÇL-də 7-ci dəfə fərqlənib ki, bu da ötən mövsüm vurduğu bütün qollardan daha çoxdur.
 
Bundan əlavə, "Barselona"nın "10 nömrə"si karyerası ərzində "Mançester Siti"nin qapıçısını  6-cı dəfə məyus edib ki, ondan başqa "şəhərlilər"in qapısından bu qədər qol keçirən oyunçu yoxdur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR