Hənəfi Rais: "İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır"

Hənəfi Rais: "İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır"
09:52 2 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ "İndoneziyanın Xalq Nümayəndələri Şurası (XNŞ) Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır".
"Report" xəbər verir ki, bunu XNŞ-nin sədri Hənəfi Rais İndoneziyaya səfər edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib.
H.Rais əlavə edib ki, İndoneziya Ermənistan-Azərbaycan münaqişəsinin diplomatiya yolu ilə, silah istifadə etmədən həllinin tərəfdarıdır.
"Münaqişə hər iki tərəf üçün dağıdıcıdır. Yaxın zamanda münaqişə həll olunmasa, o, yenidən qızışa bilər", - deyə İndoneziyanın qanunvericilik orqanının spikeri bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/henefi-rais-i-ndoneziya-dagliq-qarabag-munaqisesinin-hellinde-vasiteci-olmaga-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR