"Lester" Danimarka, "Bayer" London səfərində

"Lester" Danimarka, "Bayer" London səfərində
09:57 2 Noyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində VI tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında matçlar baş tutacaq.

E qrupunda "Monako" MOİK-i, "Tottenhem" "Bayer"i qəbul edəcək. Hər iki oyunda qonaqlar məğlub olacaqları təqdirdə, işlərini bir qədər də çətinləşdirəcəklər.
 
F qrupunda "Borussiya" "Sportinq"i qəbul edəcək. Almaniya klubu qələbə qazanacağı halda, 1/8-ə vəsiqəni vaxtından əvvəl təmin edəcək. "Real" isə səfərdə "Legiya"nı sınağa çəkəcək. Bu komandaların ilk görüşündə "kral klubu" asan qələbə qazanmışdı. Madrid təmsilçisi də növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl qazana bilər. Bunun üçün həm özü, həm də "Borussiya" qələbə qazanmalıdır.
 
G qrupunda "Lester" "Kopenhagen"in, "Brügge" isə "Porto"nun qonağı olacaq. Bu görüşlərdə "Lester" qələbə qazansa və digər qarşılaşmada "Brügge" "Porto"ya yenilməsə, İngiltərə çempionu 1/8 final arzusunu vaxtından əvvəl reallaşdıracaq.
 
İkinci oyun gününün maraqlı görüşlərindən biri də Turində baş tutacaq. "Yuventus" Fransada çətinliklə üstələdiyi "Lion"a öz meydanında da qalib gəlmək niyyətindədir. "Qoca sinyora" bu istəyini həyata keçirə bilsə, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl reallaşdıracaq. Eyni sözləri Zaqreb "Dinamo"sunu qəbul edəcək "Sevilya"ya da aid etmək olar. İspaniya klubu xorvatlara qalib gəlməklə, 1/8 arzusunu vaxtından əvvəl gerçəkləşdirə bilər.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

IV tur

2 noyabr

E qrupu

23:45. "Monako" (Fransa) - MOİK (Moskva, Rusiya)

23:45. "Tottenhem" (İngiltərə) - "Bayer" (Almaniya)

1.

Monako

3

1

2

0

4-3

5

2.

Tottenhem

3

1

1

1

2-2

4

3.

Bayer

3

0

3

0

3-3

3

4.

MOİK

3

0

2

1

3-4

2

F qrupu

23:45. "Borussiya" (Dortmund) - "Sportinq" (Portuqaliya)

23:45. "Legiya" (Polşa) - "Real" (Madrid, İspaniya)

1.

Borussiya D.

3

2

1

0

10-3

7

2.

Real M.

3

2

1

0

9-4

7

3.

Sportinq

3

1

0

2

4-4

3

4.

Legiya

3

0

0

3

1-13

0

G qrupu

23:45. "Kopenhagen" (Danimarka) - "Lester" (İngiltərə)

23:45. "Porto" (Portuqaliya) - "Brügge" (Belçika)

1.

Lester

3

3

0

0

5-0

9

2.

Kopenhagen

3

1

1

1

5-2

4

3.

Porto

3

1

1

1

3-3

4

4.

Brügge

3

0

0

3

1-9

0

H qrupu

23:45. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:45. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)

1.

Yuventus

3

2

1

0

5-0

7

2.

Sevilya

3

2

1

0

2-0

7

3.

Lion

3

1

0

2

3-2

3

4.

Dinamo Z.

3

0

0

3

0-8

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR