Daha bir neçə şirkət Azərbaycanda filialını ləğv edib

Daha bir neçə şirkət Azərbaycanda filialını ləğv edib
09:57 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ "Asia Central Trading Limited" kompaniyasının nümayəndəliyi, "VAMED ENGINEERING GMBH" şirkətinin Azərbaycan filialı, "VİPRO UK Limited" şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.
"VİPRO UK Limited" şirkətinin fəaliyyətinə xitam verilib ki, bununla əlaqədar şirkət Azərbaycanda dövlət qeydiyyatının təsviyyəsini elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A ünvanına bildirə bilərlər.
"Asia Central Trading Limited" kompaniyasının kreditorları isə iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 14, mənzil 3 ünvanına müraciət etməlidirlər.
"VAMED ENGINEERING GMBH" şirkətinin Azərbaycan filialının ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10 mənzil 168 ünvanına bildirə bilərlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/daha-bir-nece-xarici-sirket-azerbaycandaki-numayendeliyini-legv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR