Moskva-Bakı aviareysində HƏYƏCAN: Əl yüklərindən soyuq silahlar çıxdı - FOTO

Moskva-Bakı aviareysində HƏYƏCAN: Əl yüklərindən soyuq silahlar çıxdı - FOTO
10:12 2 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb. Gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd-qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Moskva-Gəncə aviareysilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı isə monitorda "beşbarmağ"a oxşar əşyanın təsviri görünüb. Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.  Frankfurt-Bakı aviareysilə gələn daha bir Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış keçirildikdə isə monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.  Bütün faktlarla bağlı araşdırma aparılır.

Təhməz Təkin

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/485440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR