Azərbaycan MN: "Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir"

Azərbaycan MN: "Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir"
10:22 2 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Сavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/485442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR