Fatih Terim Arda Turanla bağlı bağlı qərar verdi

10:37 2 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Fatih Terim sürpriz qərarlar verməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssisin Kosova matçı üçün heyətə yeni futbolçular cəlb edəcəyi deyilir.

Fatih Terim Avropa çempionatından sonra Arda Turan, Burak Yılmaz, Selcuk İnan, Caner Erkin, Hakan Balta və Gökhan Gönülə dəvət göndərməmişdi. Daha sonra Hakan Balta və Caner Erkin milliyə qayıtsa da, digərləri kənarda qalmışdı.

Məlumata görə, baş məşqçi Arda Turan və Burak Yılmaza bu dəfə də dəvət göndərməyi düşünmür. Onların mətbuata açıqlamaları "İmperator"u daha da qəzəbləndirib. Halbuki, iki futbolçunun tezliklə yığmaya dönə biləcəyi deyilirdi.


Əvəzində Fatih Terim yeni futbolçulara dəvət göndərə bilər. Bunlardan biri Emre Çolakdı. "Deportivo"dakı performansı ilə diqqəti çəkən futbolçu 6 La Liqa matçında 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fatih Terimin maraq dairəsindəki digər iki futbolçu "Hoffenhaym"dan Kerem Demirbay ve "Maynts 05"dən Suat Serdardı. Hər iki futbolçunun qarşıdakı oyunlara dəvət alması gözlənilir.

Super Liqadan isə "Bursaspor"un 19 yaşlı üzvü Kubilay Kanatsızkuşın və "Konyaspor"dan Ömer Ali Şahinerin milliyə çağrıla biləcəyi deyilir.

Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR