Ermənilər Ağstafaçay su anbarını çirkləndirir

Ermənilər Ağstafaçay su anbarını çirkləndirir
10:39 2 Noyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilər Azərbaycanda olan su anbarlarını çirkləndirməkdə davam edirlər.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazaxın sərhəd kəndində yerləşən Ağstafaçay su anbarı da çirklənməyə məruz qalıb. Anbarda aparılan təmizlik işləri zamanı Ermənistan istehsalı olan xeyli miqdarda vaxtı ötmüş içki, kimyəvi maddələr aşkarlanıb. Anbarın ətrafında isə şübhəli bağlamalar, partlayıcı maddələr tapılıb ki, bunları ANAMA əməkdaşları zərərsizləşdiriblər.

 

Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Yusif Nəsibov bildirib ki, Ermənistandan başlayan çaylar 104 km məsafədən 5 qol vasitəsi ilə Ağstafaçay su anbarını qidalandırır. Ermənilər çaylara məişət tullantıları ilə yanaşı, zəhərli maddələr də atırlar. Su anbarının ətrafında təmizlik işləri aparılsa da, çaylarda su artdıqca bu maddələr yenə gəlir: “Düşmən dinc əhalini zəhərləməyə, onlara ziyan vurmağa çalışır”.

 

Bu anbardakı sudan Qazax, Ağstafa, Tovuz sakinləri də istifadə edirlər. 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR