Hacıqabulda 42 yaşlı qadın intihar etdi

Hacıqabulda 42 yaşlı qadın intihar etdi
10:52 2 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonunun Qarasu kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Nəcəfova Nərgiz Fərəməz qızı bu gün səhər saatlarında yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi hələlik bəlli deyil.

Qadının meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə aparılıb.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR