Türkiyədə yağan güclü qara görə rayonlarından birində məktəblər bağlanıb

Türkiyədə yağan güclü qara görə rayonlarından birində məktəblər bağlanıb
10:52 2 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda güclü qar yağması səbəbindən təhsilə bir günlük ara verilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, rayon ərazisindəki məktəblər bir günlüyə tətilə buraxılıb.
Diyadin rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, güclü qar yağması davam etdiyindən rayonda əlverişsiz şərait yaranıb: “Ona görə də rayon mərkəzi və bütün kəndlərdəki ibtidai və orta məktəblər bir günlüyə bağlanır”.
Məlumata görə, Ağrıda qar gecə saatlarından yağmağa başlayıb.
Ağrı ilə yanaşı Ərzuruma, Gümüşhaneyə və ölkənin şərqi Anadolu bölgələrində yerləşən digər rayonlara da güclü qar yağıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR