“Bank VTB (Azərbaycan)” ipoteka kreditləri verməyi planlaşdırır

“Bank VTB (Azərbaycan)” ipoteka kreditləri verməyi planlaşdırır
10:52 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank VTB (Azərbaycan)” ASC Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləri verməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.
Bununla yanaşı, M.Oseyevski qeyd edib ki, Bankın planlarına Rusiya rublu ilə ipoteka krediti vermək də daxildir: “Lakin bu daha çox, Azərbaycan manatının Rusiya rubluna məzənnəsindən asılıdır. Biz bunu Qazaxıstanda tətbiq etmişik və bu mexanizm olduqca uğurlu olub. Analoji təcrübə Azərbaycanda da tətbiq oluna bilər”.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-vtb-azerbaycan-ipoteka-kreditleri-vermeyi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR