"Onun atası Kərim deyil" - Təranə

"Onun atası Kərim deyil" -  Təranə
11:21 2 Noyabr 2016
790 Şou
Ölkə mətbuatı
A- A+

“Hər bir xanımın arxasında mütləq kişi olmalıdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüsder Təranə Səmədova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Prodüser övladının atasının keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasov olmadığını söyləyib:

“Kərimlə bizim övladımız olmadı. Ayrılmağımızın bir neçə səbəbi oldu. Düşündük ki, səbəblər var, övladımız da yoxdur, niyə evliliyi davam edək? Qızım Suel Kərimin övladı deyil. Kərimdən sonra görüşdüyüm insan hamilə qalanda mənə dedi ki, ya uşaq, ya mən. Mən də uşağı seçdim, dedim ki, "Adını bir də çəkməyəcəm. İmkan ver uşağımı dünyaya gətirim". Qızımın atasının şou-biznesə yaxınlığı var. Sueli anamla birlikdə böyüdürəm. Atası ona heç nə etməyib, imkan da vermirəm".
 
T.Səmədova idmançı Ceyhun Vəliyevlə sevgi yaşadığını da etiraf edib:

"Məşqçim, dostum idi. Aramızda sevgi də olub. Bunu gizlətdim. Gah deyirdi dostuq, gah da deyirdi, sevdiyim qadınsan. Ona evdəkilər də təzyiq göstərirdilər. Subay idi, anası, bacısı narazıçılıq edirdi. Mən ayrılmış qadınam, efirdə haqqımda kimlərsə nələrsə danışdı".

Prodüser Ceyhunla ayrılmalarına K.Abbasovun səbəb olduğunu söyləyib:

"Bir dəfə Kərim efirdə telefonla qoşuldu ki, "şərdən-böhtandan, düyünlər üfürən qadınlardan uzaq. O, cadu etdirir". Axı mən cadu etdirən adam deyiləm, bunu demək lazım deyildi. Ceyhunun ailəsi bu söhbətdən sonra ona qadağa qoydular. Dedilər ki, onla əlaqən olmasın, cadupərəstdir".




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR