"Sent-Etyen" 4 itki ilə gəlir

"Sent-Etyen" 4 itki ilə gəlir
11:22 2 Noyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının IV turunda "Qəbələ"nin qonağı olacaq "Sent-Etyen"in Bakıya gələcək heyəti müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Kristof Qaltye 21 oyunçunu gətirmək qərarına gəlib.

Təcrübəli mütəxəssis zədə səbəbindən yarımmüdafiəçilər Ceremi Klemen, Benjamin Kornye, Fabien Lemoin, həmçinin hücumçu Romen Amumanın xidmətindən yararlana bilməyəcək.
 
Bakıya bu futbolçular gələcək:
Qapıçılar: 16. Stefan Ruffye, 30. Jessi Mulin, 1. Entoni Maysonnial
Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 4. Leo Laşro, 12. Çeyk Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malko, 3. Pyerr-Yves Polomat
Yarımmüdafiəçilər: 5. Vinsen Payo, 7. Brayan Dabo, 11. Henri Sayve, 14. Cordan Varetu, 17. Ole Selnes
Hücumçular: 9. Nolan Ru, 10. Ossama Tannane, 22. Kevin Monne-Pake, 23. Aleksander Sederlund, 27. Robert Beriç, 35. Arnaud Nordin
 
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" görüşü saat 22:00-da başlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR