Pakistanın ticarət naziri Azərbaycana səfər edəcək

Pakistanın ticarət naziri Azərbaycana səfər edəcək
11:22 2 Noyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal ticarət naziri Xurram Dastgir Xanla görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Ə.Əlizadə qarşılıqlı iqtisadi və ticari əlaqələrin inkişafında hər iki ölkənin müvafiq qurumlarının önəmli rolunun olduğunu bildirib. 
Diplomat Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, və s. barədə nazirə məlumat verib.
Pakistanın federal ticarət naziri Xurram Dastgir Xan Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasındakı ticari və iqtisadi potensialın yüksək olduğunu qeyd edib. 
O, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin dəvəti ilə mümkün olan yaxın zamanda Bakıya səfər edəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/pakistanin-ticaret-nazirin-azerbaycana-seferi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR