“Bank VTB (Azerbaijan)” Azərbaycanda dollarlaşmanın zəifləməsinə dəstək verəcək

“Bank VTB (Azerbaijan)” Azərbaycanda dollarlaşmanın zəifləməsinə dəstək verəcək
11:37 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski Bakıya işgüzar səfəri çərçivəsində bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. 
“Report” xəbər verir ki, görüşdə Bank rəsmisi təmsil etdiyi maliyyə qurumunun Azərbaycan sahibkarları ilə bağlı əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsina dair planlarının olduğunu, bu məqsədlə yerli törəməsi - “Bank VTB (Azerbaijan)” ASC-yə əlavə vəsait qoyuluşunun həyata keçirildiyini bildirib.
“Rusiyada olduğu kimi, Azərbaycanda da dollarlaşma prosesi gedib. Milli valyutanın likvidliyi ilə bağlı problemlər var. Bu problemləri necə aradan qaldırmaq barədə düşünmək lazımdır. Vəziyyəti düzətlmək üçün “Bank VTB” Azərbaycan bazarına yeni xidmətlər, o cümlədən iş adamları üçün vacib olan faktorinq xidməti təqdim etməyə hazırlaşır”, - deyə M.Oseyevski qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-vtb-azerbaijan-azerbaycanda-dollarlasmanin-zeiflemesine-destek-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR