Bakı və Abşeronda TRT 1-in yayımı niyə dayanıb?

Bakı və Abşeronda TRT 1-in yayımı niyə dayanıb?
11:42 2 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı və Abşeron ərazisində Türkiyənin TRT 1 televiziya kanalının rəqəmli yayımının həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır və qısa zamanda kanalın yayımı bərpa olunacaq".

Milli.Az bildirir ki, bu barədə report-a "Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən deyilib.

Nümayəndəlikdən verilən məlumata görə, əvvəldən TRT 1-in Azərbaycan ərazində yayımının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio İB) arasında müqavilələr olub. Telerdio İB ilə olan müqavilə TRT 1-in analoq yayımını təmin edib: "Bakı və Abşeronda rəqəmli televiziya yayımına keçilib. Buna görə də hazırda TİKA ilə Teleradio İB arasında müqavilə layihəsi üzərində iş gedir. Yazışmalar aparılır. Qısa zamanda televizyanın yayımı ilə bağlı yaranmış problem həll olunacaq".
TİKA-dan o da bildirilib ki, ölkədə rəqəmli televiziya yayımına keçiləcəyi ilə bağlı bu ilin oktyabr ayında Teleradio İB tərəfindən TİKA-ya məlumat daxil olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR