Almatı terrorçusuna ölüm hökmü verildi

Almatı terrorçusuna ölüm hökmü verildi
11:42 2 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Almatı teraktının təşkilatçısı Ruslan Kulekbayev ölüm hökmünə məhkum edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Kulekbayev haqqında qərar bu gün qəbul olunub.
 
Qeyd edək ki, Kulekbayev Almatı terrorunun təşkilatçısı hesab edilir. O, bu ilin iyul ayında Almatı polis bölməsi və Milli Təhlükəsizlik Komitəsinin binasına silahlı basqın edib. Məhz onun açdığı atəş nəticəsində 10 nəfər insan həlak olub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş verən hadisəni terror adlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR