UNEC-də yüksək bal toplayan tələbələrin klubu yaradılıb

UNEC-də yüksək bal toplayan tələbələrin klubu yaradılıb
11:57 2 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” Tələbə Klubu yaradılıb. 
UNEC-in Marketinq və Kommunikasıya Departamentindən "Report"a verilən məlumata görə, klubun məqsədi UNEC-ə 600 və daha yüksək balla qəbul olan tələbələri bir araya toplayaraq, onların potensialını dəyərləndirməkdir.
Klub üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatına yönəlik layihə və proqramlar hazırlayacaqlar. Eyni zamanda, intellektual-əyləncəli tədbirlər keçirəcəklər. “600+” Tələbə klubu UNEC-i yerli və beynəlxalq səviyyəli konfrans, müsabiqə və olimpiadalarda təmsil edəcəklər.
Klub üzvləri tələbə-mentorlarla fikir mübadiləsi aparacaq, tələbələr arasında təhsil kultunun yüksəldilməsinə və uğurlu tələbə obrazının təbliğinə yönəlik tədbirlər həyata keçirəcəklər.
“600+” Tələbə Klubunun İdarə Heyəti və sədri iki il müddətinə, gizli səsvermə yolu ilə seçiləcək. İdarə Heyəti üzvlərinin sayı fakültələrinin sayına bərabər olacaq. Hər hansı fakültədə müvafiq bal toplayan tələbə olmadıqda, bu yerlər digər fakültələrə veriləcək. Klubun tərkibində üç daimi komitə fəaliyyət göstərəcək: İntellektual-əyləncəli tədbirlər, Təhsil tədbirləri, Abituriyent və məzunlarla əlaqələr üzrə komitə.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR