30 min döyüşçü Ərdoğanın xidmətində hazırdır

30 min döyüşçü Ərdoğanın xidmətində hazırdır
12:03 2 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Tel Abyad, Münbiç və Rakka şəhərlərinin PYD və İŞİD terror təşkilatlarından təmizlənməsi üçün 30 min döyüşçü hazırdır.

Publika.az xəbər verir ki, bunu Suriyanın müxalifətinin liderlərindən olan Əbu Xattab “Yeni Şafak” nəşrinə açıqlamasında deyib.

2011-ci ildə Abdülkadir Saleh ilə birlikdə “Liva Tövhid” briqadasını quran Əbu Xəttabın sözlərinə görə, Türkiyənin liderliyi ilə başlayacaq yeni bir əməliyyatla Tel Abyad, Münbiç və Rakka 3 ay ərzində terrorçulardan təmizlənə bilər.

“Bir neçə gün ərzində 30 min döyüşçü bu əməliyyat üçün hazır vəziyyətə gətirilə bilər. Əgər Türkiyə Rakka, Haseke və Deyr Zor kimi bölgələrdə tayfa liderləri ilə müzakirələr aparsa, bu rəqəm asanlıqla 65-70 minə çatdırıla bilər”, - o, bildirib.

Əbu Xəttab ABŞ-ın regionu xaosa sürüklədiyini əlavə edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Əl-Babı alacaqlarını bildirib. Bundan başqa, prezidenti sonrakı hədəflərinin Münbiç və Rakka olduğunu deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR