İş adamının 17 yaşlı oğlu sevgilisini öldürdü - FOTO

İş adamının 17 yaşlı oğlu sevgilisini öldürdü - FOTO
12:05 2 Noyabr 2016
352 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada qətl hadisəsi qeydə alınıb.

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, məşhur və varlı iş adamının 17 yaşlı oğlu sevgilisini öldürdüyünə görə həbs edilib.

Rusiyada 17 yaşlı Mark Konkov 16 yaşlı sevgilisini 24 yerindən bıçaqlayaraq öldürüb. O, məhkəmədə qızı öldürdüyünü boynuna alıb. Mark 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oğlanın atası İqor Konkov onun həbsə düşməsinə mane olmaq üçün əlindən gələni etsə də, planı baş tutmayıb. Atası ifadə verərkən soyuqqanlılığı ilə hakimləri heyrətləndirib. O, hakimlərin "qəsdən adam öldürmə maddəsi ilə azadlıqdan məhrum edilmə" sözünə etiraz edib. 

"Qız qəddarcasına öldürülməyib. Mən qızın cəsədinə baxmışam. Çox da dəhşətli deyildi, normal cəsəd idi".

Qeyd edək ki, cinayətin səbəbi barədə məlumat verilmir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR