SOCAR-dan Yunanıstana güzəşt

SOCAR-dan Yunanıstana güzəşt
12:12 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı zəmanət məktubunun müddətini daha bir ay uzadıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "SOCAR Energy Greece" şirkətinin icraçı direktoru Anar Məmmədov məlumat verib.

Bir neçə ay bundan əvvəl SOCAR zəmanət məktubunun müddətini oktyabrın 31-dək uzatmışdı.

Qeyd edək ki, DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan başqa, İtaliyanın SNAM şirkəti də maraqlıdır. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək hesab edir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR