Azərbaycanda ilk: Xəstəyə telefonla nəzarət edilir - FOTO

Azərbaycanda ilk: Xəstəyə telefonla nəzarət edilir - FOTO
12:17 2 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə trans-telefon EKQ sisteminin tətbiqi Tibb Universitetində həyata keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib. Bu haqda Tədris Terapevtik Klinikanın kardioloqu Fərid Əliyev məlumat verib.

Sistemin əsas xüsusiyyətləri barədə danışan Fərid Əliyev bildirib ki, bu normal EKQ sistemi olmaqla xəstənin üzərində daşına bilən funksiyası vardır: "Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim əsasən internetin və telefonların işlədiyi yerdə istədiyi zaman xəstə ilə bağlantı quraraq xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin isə hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqrama qeydlərini aparır. Bu sistem əsasən nadir, 3-4 ayda bir şikayətləri olan və riskli xəstələr üçün istifadə olunur".
 

Cihazın əsas özəlliklərini vurğulayan həkim qeyd edib ki, cihaz mobil şəbəkənin olmadığı yerlərdə xəstənin şikayətlərini qeydə alır və mobil şəbəkəyə qoşulduğu an lazım olan məlumatları birbaşa mərkəzə ötürür.

F.Əliyev əlavə edib ki, yeni sistem sayəsində xəstədəki ürək ritminin uzun müddətə, aylıq, 24 saatlıq nəzarəti aparılır.
 

Zərif Nisə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR