Azərbaycanda bir günə 1 700-dək elektron icbari avtosığorta müqaviləsi bağlanılıb

Azərbaycanda bir günə 1 700-dək elektron icbari avtosığorta müqaviləsi bağlanılıb
12:17 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 1-də İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 686 standart və sərhəd sığorta müqaviləsi elektron qaydada bağlanılıb. Bu barədə "Report"a İSB-dən bildirilib.
Məlumata görə, bunların 323-nü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olub. Qeyd olunan tarixdə standart və sərhəd sığorta müqavilələri üzrə ödənişlər elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsi ilə həyata keçirilib və sığorta haqlarının məbləği 124 065,75 manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-bir-gune-1-700-dek-elektron-icbari-avtosigorta-muqavilesi-baglanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR