Cari il 2 saylı Klinik Uşaq Xəstəxanasında ölən uşaqların sayı açıqlanıb

Cari il 2 saylı Klinik Uşaq Xəstəxanasında ölən uşaqların sayı açıqlanıb
12:22 2 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ "Bu il ərzində Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına qəbul edilən xəstələrin 3-4 faizində ölüm faktı qeydə alınıb".
"Report" xəbər verir ki, bunu səhiyyə ocağının baş həkimi Azər Xudiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətlərin 30 faizə qədəri respublikanın rayonlarından daxil olur: "Aydın məsələdir ki, rayonlarda müəyyən müalicələrdən sonra effekt əldə edilməyibsə, uşaq ağır vəziyyətdə bizim xəstəxanaya daxil olur. Bu zaman ölüm də qaçılmazdır. Ölüm halları da adətən yarımçıq doğulmuş, mədə-bağırsaq profilli gecikmiş xəstələrdə, orqanizmin immun sistemi aşağı olanlarda, vaxtında müəyyən müalicə tədbirləri almayıb, kəskin respirator xəstəliklərdən sonra ağırlaşmış pnevmaniyalı xəstələrdə, eləcə də ürək-damar sistemi xəstəlikləri ilə bağlı olan kombinə edilmiş bir neçə xəstəliyi olanlarda baş verir. Ötən illə müqayisədə ölüm hallarının sayında dəyişiklik yoxdur. Ölüm halları daha çox kiçik yaşlı uşaqlarda (3-4 yaş) müşahidə olunur". 
Baş həkim qeyd edib ki, bu il botulizmdən zəhərlənmə ilə bağlı xəstəxanaya 9 uşaq daxil olub: "Baxmayaraq ki, botulizmdən ölüm hallarına çox rast gəlinir. Lakin həmin xəstələrin hamısı xilas edilib".
A.Xudiyev bu ilin 9 ayı ərzində xəstəxanaya müraciət edənlərin sayını da açıqlayıb: "Bu dövrdə xəstəxanaya 26 min xəstə (ötən il bu göstərici 30 min nəfər olub) müraciət edib. Onlardan 7 998 xəstə (keçən il 10 min) stasionar müalicəyə qəbul olunub. Müraciətlər xəstəxananın profilinə uyğun olaraq somatik və infeksion profilli olub. Somatik profilə tənəffüs yolları, ağciyər, pnevmaniya, kəskin bronxit, kəskin respirator xəstəlikləri aiddir. İnfeksion profilə isə daha çox mədə-bağırsaq, bağırsaq infeksiyası ilə bağlı xəstəliklər aiddir". 

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/cari-il-2-sayli-klinik-usaq-xestexanasinda-olen-usaqlarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR