Abbas Bağırov: "Niyə ucuz geyinməliyəm?"

Abbas Bağırov: "Niyə ucuz geyinməliyəm?"
12:27 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"O mənim üçün qiymətsizdir". Əməkdar artist Abbas Bağırov yeni imicindən söz açıb.

Primetime.az xəbər verir ki, ötən gün "5-də 5" verilişində qonaq olan məşhur müğənni kilo alması məsələsinə də belə aydınlıq gətirib: "Əgər insan inkişaf edirsə, ümumi böyümə gedə bilər. Amma lazımsız çəki arta bilməz. Çünki onun üzərində çox ciddi işlər gedir".  

Müğənni geyimi haqda da danışıb:

"Ümumiyyətlə, insan nə geyinirsə, onu ucuz adlandıra bilməz. Əslində əynimdəki gödəkçənin qiymətini yaza bilərəm. Lakin o mənim üçün qiymətsizdir. Özünə hörmət edən, sənətini sevən, böyük tamaşaçı sevgisi qazanan nə üçün ucuz geyinməlidir?"

Zaur Kamal müğənnninin bu sözlərindən sonra özündən misal gətirib:

"Anam deyir ki, uşaq olanda ayaqqabı görərdim, qiymətini soruşardım. Satıcı deyərdi, 10 manat. Mən də cavab verərdim ki, yox, çox ucuzdur. Harada bahalı var, ondan yapışardım. Yəni uşaqlıqdan eləyəm. Ucuz olsa, onu əynimə heç vaxt geyinmərəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR