Pakistan Azərbaycandan qaz almaq istəyir

Pakistan Azərbaycandan qaz almaq istəyir
12:42 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Pakistan hökuməti təbii maye qazın (LNG) idxalı ilə bağlı altı ölkənin şirkəti ilə danışıqlar aparmaq qərarına gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hökumət Malayziyanın "Petronas", Rusiyanın "Qazprom", Fransanın "Engie", İtaliyanın "Eni", Omanın "Otto", Azərbaycanın SOCAR şirkətləri ilə danışıq aparacaq.

Zəruri sənədləşdirmə işləri başa çatdıqdan sonra Pakistan hökuməti bu şirkətlər arasında ölkələrarası idxal sövdələşməsi həyata keçiriləcək.

Məlumata əsasən, ilk növbədə "Petronas" və "Qazprom", daha sonra isə digər şirkətlərlə qiymət və digər mühüm aspektlər barədə danışılar aparılacaq.

Qeyd edək ki, Pakistan hal-hazırda təbii qaz qıtlığından əziyyət çəkir. Daxili istehsal ölkənin qaza olan tələbatını ödəyə bilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR