"Mingəçevir su anbarı daşsa, Bakı məhv olacaq"

"Mingəçevir su anbarı daşsa, Bakı məhv olacaq"
12:42 2 Noyabr 2016
3175 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, ölkə ərazisində intensiv yağışlar yağır. Bu da öz növbəsində fəsadsız ötüşmür. Cəlilabad rayonunda bir neçə kiçik tutumlu su anabarının daşması insanların işini xeyli çətinə salıb. Həmin ərazidə yerləşən sakinlərin evləri su altında qalıb.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, ekoloq Telman Zeynalov azvision.az-a açıqlamasında intensiv yağışların Mingəçevir su anbarında təhlükəli vəziyyət yarada biləcəyi haqda fikirlərə aydınlıq gətirib. Ekoloq anbarda təhlükənin olmadığını bildirib.

"İki gündür ki, yağan yağıntıların miqdarı 50-60 sm-i ötüb. Torpaqlarımızda isə orta gilin miqdarı üstünlük təşkil etdiyinə görə, su keçirmə halları çox zəif olur. Su keçən yerlərdə isə həmin an qrunt sularının səviyyəsi qalxır. Ümumiyyətlə, Azərbaycanın torpaq qatları haradasa 1 metr yarımdan sonra ağır gil olur. Bu gil qatının su keçirmə qabiliyyəti həddindən artıq zəifdir. Ona görə də qrunt sularının səviyyəsi qalxır və evləri su basır. Yerli bələdiyyələr, icra orqanları həmin ərazilərdə xırda arxlar çəksələr, suları çaylara axıtmaq olar. Bu baxımdan Mingəçevir su anbarında təhlükə yoxdur. Artıq Gürcüstanda dağlara qar yağıb. Qış bizi bir ay qabaqlayıb. Deməzdim ki, qar əriyib Mingəçevir su anabarında hansısa qəzaya səbəb olacaq".

Telman Zeynalov vurğulayıb ki, Mingəçevir su anbarında heç bir hadisə baş verə bilməz: "Bəndlərdə ola bilər ki, müəyyən sızmalar baş versin. Fövqəladə Hallar Nazirliyinin xüsusi bölmələri bunları nəzarət altında saxlayır. Bəndlərdən biri dağılsa, su oradakı bütün kəndlərı, hətta Bakını da yuyub Xəzər dənizinə atacaq. Belə bir hadisə olsa Bakı məhv olar. Bu, oyuncaq deyil. Ona görə də buna güclü nəzarət edilir. Yerli camaatdan çox şey aslıdır. Onlar evlərinə, zirzəmilərə dolan yağış sularını arx çəkərək çaylara ötürə bilərlər. Mingəçevir su anbarında əvvələr mövcud olan sızmalarının hamısının qarşısı alınıb. Əgər Kürdə suyun səviyyəsi qalxıbsa, demək ki, su həddindən artıq lillənib. Həmin lili təmizləmək lazımdır. Hərçənd ki, lili təmizləmirik. Kür çayı lilli çaydır, amma təhlükəsi yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR