Qvardiola: "Dünyanın ən güclü komandasını udduq"

Qvardiola: "Dünyanın ən güclü komandasını udduq"
12:47 2 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

""Barselona" ilk 30 dəqiqədə möhtəşəm oynadı. Bizim oyunun əvvəlində çox problemimiz var idi. Rəqib 2-ci qolu da vura bilərdi. Hesabı bərabərləşdirdikdən sonra vəziyyət dəyişdi. İlkayın qolu ilə üstünlük bizim tərəfə keçdi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, Kataloniya klubu ilə başabaş mübarizə aparmağın çətin olduğunu bildirib:

"Qələbə qazandığımız üçün xoşbəxtəm. Dünyanın ən güclü komandasını udduq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR