"Buraxdığımız ilk qoldan sonra vəziyyət dəyişdi"

"Buraxdığımız ilk qoldan sonra vəziyyət dəyişdi"
13:05 2 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

""Barselona" öz oyununu göstərə bilmədi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike deyib.

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Siti"nin qonağı olan Kataloniya klubu meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
 
Matçdan sonra açıqlama verən ispaniyalı çalışdırıcı komandasının oyununu dəyərləndirib. O bildirib ki, "Barselona" fasiləyə qədər daha yaxşı təsir bağışlayıb: "İlk 40 dəqiqədə nəhəng komandalara qarşı sərgilədiyimiz ən yaxşı oyunlarımızdan birini keçirdik. Amma buraxdığımız ilk qoldan sonra vəziyyət dəyişdi. Özümüzə gəlmək üçün vaxt lazım idi. Lakin hesab bərabərləşəndən sonra dominantlıq nümayiş etdirə bilmədik. Buna öz səhvlərimiz və rəqibin təzyiqi səbəb oldu. "Barselona" topa nəzarət edə bilmirdi. Bu da yekun nəticədə özünü göstərdi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR