Diaspor rəhbəri Ukrayna Baş prokuroruna azərbaycanlı iş adamlarının döyülməsi ilə bağlı müraciət edib

Diaspor rəhbəri Ukrayna Baş prokuroruna azərbaycanlı iş adamlarının döyülməsi ilə bağlı müraciət edib
20:28 5 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynanın Baş prokuroru Vitali Yaremaya son bir həftədə Odessa vilayətində iki azərbaycanlı iş adamının hücuma məruz qalaraq döyülməsi ilə bağlı müraciət edib.

E.Məmmədovun Trend-ə daxil olan müraciətində deyilir ki, 2015-ci il yanvarın 1 və 2-də Ukraynanın Odessa şəhərində Azərbaycan vətəndaşları Həsənov Şaiq Zakir oğlu və Ram Atakişiyev hücuma məruz qalaraq amansızcasına döyülüblər: "Azərbaycan ictimaiyyəti baş vermiş hadisəyə görə narahatdır. Vətəndaşlarımızın həyat və sağlamlıqlarına səbəbsiz yerə qəsdlə bağlı hadisələr qeyri-təsadüfi hal almağa başlayıb. Hər iki iş adamı vətəndaşımız həyat yoldaşları və uşaqlarının gözü qarşısında döyülüblər".

Qeyd olunur ki, Odessa Daxili İşlər Nazirliyinin şöbələrinə edilən müraciətlər cavabsız qalıb və heç bir reaksiya verilməyib: "Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, xalqlarımızın dostluğunun çoxəsrlik tarixi var və heç bir qüvvə buna mane ola bilməz. Əminik ki, dövlət hakimiyyəti qarışıqlığa, Ukrayna və dost Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına yol verməyəcək".

E.Məmmədov V.Yaremadan günahkarların cəzalandırılmasını xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR