Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşılaşma üçün Yunanıstana yollanan “Qarabağ” Salonikidə coşqu ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, Salonikidə yaşayan azərbaycanlılar hava limanına gələrək komanda üzvlərini qarşılayıb.
Qeyd edək ki, sabah keçiriləcək PAOK - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:05-də başlayacaq. (qol.az)