"Bacıma sataşdı, vurdum" - Namus davası qanla bitdi - VİDEO - FOTO

"Bacıma sataşdı, vurdum" - Namus davası qanla bitdi - VİDEO - FOTO
13:39 2 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Abşeronda baş vermiş bıçaqlanmanın təfərrüatı məlum olub. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, polis Abşeron rayon sakini olan 34 yaşlı Şahin Məmmədovu kirayəşini Yavər Babayevi bıçaqladığı üçün saxlayıb. Özünün dediyinə görə, Yavəri bacısına zəng etdiyi üçün vurub.

 

 

Məlum olub ki, Ş.Məmmədovun bacısının həyat yoldaşı bu yaxınlarda dünyasını dəyişib və bundan sonra qardaş onu 3 övladı ilə birgə himayəsinə götürüb. Şahin Məmmədovun evində kirayədə qalan Yavər Babayev isə  onun bacısı oğlundan anasının nömrəsini alıb. Daha sonra isə qadına zəng edib. Bundan xəbər tutan Şahin bıçağa əl atıb.

 

 

Şahin əməlindən peşman olduğunu bildirib: "Kiminsə bacısına sataşan bu cəzanı almalıdır. Zəng edib bacıma deyib ki, səni istəyirəm. Bacımın da yoldaşı rəhmətə gedib. Gəlib çağırdım həyətə, dedim ki, sübut elə. Bacım dedi ki, uşaqlıq edib, qələtdir edib, heç nə eləmə. Yavər də dedi əcəb eləmişəm. Mən də əsəbiləşib vurdum. Peşmanam. 3 bala məndə, 3 bacımda yetim qaldı. Bir də onun anası".

 

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR