Azərbaycanda kütləvi zəhərlənmə baş verib

Azərbaycanda kütləvi zəhərlənmə baş verib
13:57 2 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Xanərəb kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 8 aylıq körpəsi C.Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR