ABŞ-dakı prezident seçkiləri ilə bağlı politoloqdan ŞƏRH

ABŞ-dakı prezident seçkiləri ilə bağlı politoloqdan ŞƏRH
14:03 2 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

“Əgər Donald Trampın radikal çıxışları olmasaydı, onun prezident seçilmək şansı yüksək olardı”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən deyib.

F.Mehdiyev bildirib ki, ABŞ-da prezidenti birbaşa xalq seçmir: “Prezident ara seçkiləri ilə seçilir. Xalq isə ara seçkilərində səs verəndə bilir ki, Demokratlar Partiyasının üzvləri ancaq öz namizədlərinə səs verə bilər. ABŞ-da ara seçkiləri ilə artıq kimin prezident seçiləcəyini indidən müəyyən etmək olar. Mən də düşünürəm ki, Hillari Klinton prezident seçiləcək”.

Politoloq qeyd edib ki, Hillari Klintonun şəxsi elektron poçtundan rəsmi yazışmalarda istifadə etməsi məsələsi qalmaqala səbəb olub: “Bununla bağlı istintaq açılmışdı və araşdırmalar gedəndən sonra dayandırılıdı. İndi həmin istintaq yenidən açılıb. Hillari Klintonun şəxsi yazışmalarında dövlət sirrinin olması ehtimalları var. Baxmayaraq ki, bu gün Amerikada müəyyən dairələr Donald Trampın seçilməsini istəyirlər. Hillari Klintonla Donald Tramp arasında elə ciddi səs fərqi də yoxdur. Ancaq Donald Trampın kifayət qədər radikal çıxışları olub. Xüsusilə də onun miqrantlara qarşı sərt mövqeyi xarici əlaqələrdə perspektiv bəxş etmir. ABŞ-da “dərin dövlət” adlanan qurumlar var. Onlar hansı namizədin tərəfini tutursa, o da prezident seçilir. Mən hesab edirəm ki, ABŞ-ın yeni prezidenti Hillari Klinton seçiləcək. Seçkiöncəsi sorğuların nəticəsi də əslində, bunu göstərir. Hətta, Hillari Klinton haqqında aparılan istintaq və “seks skandalı” belə onun seçilməsinə mane ola bilməyəcək”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR